1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər Ağdaban
yalında keşik çəkən 3 nəfəri qətlə yetirir, səhər saat 6-da kəndi
güllə yağışına tuturlar. Ermənilər planlı surətdə hərəkətə
başlayırlar. Evləri kimlər qarət edəcək, mal-qaranı kimlər
aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət
göstərənləri kimlər qətlə yetirəcək əvvəlcədən müəyyənləşdirirlər.
Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun
Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə
ermənilər hücum edir və dinc insanları qətlə yetirirlər.
AzerTimes-ın məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Brüssel sülh gündəliyi, Brüssel görüşünə
Ermənistanda reaksiyalar, Ağdaban soyqırımı” mövzusunda aparılan
müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları
– siyasi şərhçilər Ramil Həsən, Musa Qasımlı və Jil Mixaili
(fransız siyasi şərhçi-sinxron tərcüməli) mövzu ətrafında müzakirə
aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: