“British American Tobacco” Rusiyadakı fəaliyyətini dayandırır

Dünyanın ən böyük tütün istehsalçılarından biri “Dunhill”, “Lucky Strike” və “Rothmans” kimi markaları ilə tanınan “British
American Tobacco” Rusiyadakı fəaliyyətini dayandırır.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin yaydığı açıqlamada
deyilir.

“Biz belə nəticəyə gəldik ki, hazırkı şəraitdə “British American
Tobacco”nun Rusiyada biznes sahibi olması mümkün deyil. Bu gün biz
beynəlxalq və yerli qanunlara tam uyğun şəkildə Rusiya biznesimizin
sürətlə ötürülməsi prosesinə başlamışıq. Biz [Rusiyadakı] 2500
işçimizə nəinki maaş verməyə davam edəcəyik, həm də onların
gələcəkdə işlə təmin olunması üçün əlimizdən gələni edəcəyik”, –
deyə şirkətdən bildirilib.