Bayraktar Akıncı B rekorda imza atıb (VİDEO)

Türkiyənin Bayraktar Akıncı hücum pilotsuz uçuş aparatının B
modeli test uçuşları zamanı rekorda imza atıb.

Trend-in
məlumatına görə, Bayraktar Akıncı B hücum PUA-sı 40 170 fut
yüksəkliyə qalxaraq Türkiyə tarixinin yüksəklik rekordunu
qırıb.

Xatırladaq ki, sözügedən hücum PUA-sı ilk dəfə ötən həftə səmaya
qalxıb. Bayraktar Akıncı B 2×750 at gücünə, yəni toplam 1500 at
gücünə malikdir.