Bu gün, Böyük Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq.
AzerTimes xəbər verir ki, seçki saat 14:30-da baş tutacaq.
Seçilən şəxs Britaniya Mühafizəkarlar Partiyasının sədri, eləcə də Britaniya hökumətinin rəhbəri vəzifələrini icra edəcək.
Consonun yerinə iki əsas namizəd var: Böyük Britaniyanın xarici işlər naziri Liz Trass və Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak.