Britaniyanın minatəmizləmə ekspertləri məcburi köçkünlərin Qarabağa təhlükəsiz qayıdışının təmini üzərində işləyir – Səfir

Britaniyalı minatəmizləmə ekspertləri ANAMA ilə əməkdaşlıqda
məcburi köçkünlərin Qarabağa təhlükəsiz qayıdışının təmin olunması
üzərində işləyir.

Trend-in
məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri
Ceyms Şarp Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri
üzrə beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.

Səfir bildirib ki, Azərbaycan xalqının doğma yurduna qayıtmaq
arzusu bu prosesdə prioritetdir.

“Böyük Britaniya qürur duyur ki, humanitar baxımdan vacib olan
bu problemin həllində Azərbaycana operativ şəkildə dəstək göstərib.
Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndələri həm də minaların
təmizlənməsi prosesinin sürətləndirmək üçün məşğələlər keçirib”, –
səfir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: