Britaniyanın Əfqanıstandan qoşunlarını çıxaracağı vaxt açıqlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniya və ABŞ Əfqanıstandan qoşunlarının böyük hissəsini iyulun 4-də çıxaracaq.

AzerTimes-ın məlumatına görə, bu barədə Böyük Britaniya mətbuatı yazır.

Qeyd olunur ki, bu barədə Britaniyanın müdafiə qərargahının rəisi Nikolas Karter bildirib.

Xatırladaq ki, bir neçə ay əvvəl ABŞ prezidenti Co Bayden qoşunların sentyabrın 11-dək Əfqanıstandan çıxarılacağını açıqlamışdı.