Britaniyanın baş naziri Ukrayna Ali Radası önündə çıxış edəcək

Böyük Britaniyanın baş naziri Boris Conson mayın 3-də Ukrayna
parlamentində onlayn formatda çıxış edəcək.

Trend xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat
yayıb.

Qeyd edilir ki, Böyük Britaniyanın baş naziri Ukraynada hərbi
əməliyyatların başlanmasından sonra Ali Radada çıxış edən ilk
xarici lider olacaq.