Britaniyalı deputat seçicilərlə görüşü zamanı bıçaqlandı

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniya parlamentinin deputatı Devid Amess İngiltərənin cənubundakı Li-on-Si şəhərində seçicilərlə görüşü zamanı hücuma məruz qalıb.

Trend-in məlumatına görə, deputat naməlum şəxs tərəfindən bir neçə dəfə bıçaqlanıb.

Qeyd olunur ki, polis hücum edən şəxsi hadisə yerində saxlayıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

D.Amessə yerində ilkin tibbi yardım göstərilib.