Böyük Britaniyada sutka ərzində aşkar edilən koronavirusa yeni yoluxanların sayı 42,3 min təşkil edib ki, bu da yanvarın 15-dən bəri ən yüksək göstəricidir.
AzerTimes-ın məlumatına gröə, bu barədə hökümət məlumatları saytında xəbər verilib.
Koronavirus infeksiyasına yoluxma hallarının sayının səkkizinci gündür 30 mindən çox olduğu qeyd edilib. Rəsmi statistikaya görə, sutka ərzində 49 ölüm hadisəsi qeydə alınıb.
Ölüm halları son 28 gün ərzində gündə təxminən 50 ölüm səviyyəsində qalır.