Britaniyanın Nəqliyyat Departamenti sükan arxasında mobil telefonlardan istifadəyə görə sürücülər barəsində daha sərt tədbirlərin görüləcəyini açıqlayıb.
Trend xəbər verir ki, Britaniyada sükan arxasında mesaj yazmaq və ya telefonla zəng etmək artıq qanun pozuntusu kimi qiymətləndirilsədə, 2022-ci ildən qüvvəyə minəcək qaydalara görə, sürücülərə sükan arxasında foto və ya video çəkmək, pleylistləri vərəqləmək və ya oyun oynamaq üçün mobil telefonlardan istifadə etmək qadağan ediləcək.
Göstərilən tələblər hətta avotomobil işıqforda və ya tıxacda dayanarkən qüvvədə qalacaq. Qanunu pozanlar 200 funt sterlinq məbləğində cərimələnəcək.
Daha sərt qaydalar ictimai məsləhətləşmələrin nəticəsində qəbul olunub. Belə ki, respondentlərin 81 faizi qaydaların sərtləşdirilməsini dəstəkləyib.