ABŞ HHQ bazasında 2 təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

ABŞ-ın Laflin Hərbi Hava Qüvvələri bazasında iki hərbi təyyarənin uçuş-enmə zolağında qəzaya uğraması nəticəsində bir pilot həlak olub, daha ikisi yaralanıb.

Trend xəbər verir ki, hadisə yerli vaxtala səhər saat 10 radələrində baş verib. Rəsmi məlumata görə, yaralılardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, digəri isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Hadisənin baş vermə səbəbləri haqqında məlumat verilmir, hazırda araşdırmalar davam edir.

Teqlər: