Britaniyada son sutkada 32 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 32 700 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 211 868 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 100 nəfər, hazırkı dövrədək isə 130 801 nəfər vəfat edib.