Britaniyada son sutkada 28 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 28 438 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 295 613 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 26 nəfər, hazırkı dövrədək isə 130 979 nəfər vəfat edib.