Britaniyada ötən sutka koronavirusdan 230 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 9 765 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 047 843 nəfəri ötüb.


Bildirilir ki, ötən sutka koronavirusdan daha 230 nəfər, hazırkı dövrədək isə 117 396 nəfər vəfat edib.