ABŞ-da hava şəraiti 5 aeroportun bağlanmasına səbəb oldu

ABŞ-da havaların kəskin soyuması və pisləşməsi səbəbindən beş aeroport fəaliyyətini dayandırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Federal Aviasiya İdarəsindən bildiriblər.

Bildirilir ki, hazırda Texas və Mississippidə iki beynəlxalq aeroport, eyni zamanda Texas və Luizianada yerləşən üç regional aeroport bağlıdır.


“CNN” telekanalının məlumatına əsasən, bü gün aeroportların bağlanması və hava şəraiti ilə əlaqədar ABŞ-da 3700-dən artıq aviareys ləğv edilib.