Britaniyada ötən sutka koronavirusa 19 114 yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 19 114 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 911 573 nəfəri ötüb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 1 014 nəfər, hazırkı dövrədək isə 111 264 nəfər vəfat edib.