Britaniyada ötən sutka koronavirusa 16 mindən çox yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 16,1 min yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə britaniya KİV-ləri məlumat yayıb.

Məlumata əsasən, son sutka koronavirusdan 19 nəfər ölüb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanların sayı 4,6 milyon nəfəri, koronavirusdan ölənlərin sayı isə 128 min nəfəri ötüb.