Britaniyada məktəblər bağlandı, tədbirlər ləğv edildi

Britaniyada məktəblər bağlandı, tədbirlər ləğv edildi

Böyük Britaniya sakinləri ölkənin bir sıra bölgələrində anomal istilərə hazırlaşır.

AzerTimes xəbər verir ki, ölkədə yüksək temperatur – 39 dərəcəyə qədər isti gözlənilir.

Bu həftənin sonunda isə temperaturun 40 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Anomal istilər üzündən ölkənin bəzi bölgələrində, xüsusən də Nottinqhemşir və Hempşir qraflıqlarında məktəblər bağlanıb. Bundan əlavə, Lankaşirdə at yarışı, Berkşirdə isə parad kimi, müxtəlif ictimai tədbirlər ləğv edilib.

Teqlər: