Britaniyada koronavirusdan daha 166 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 34 460 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 530 103 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 166 nəfər, hazırkı dövrədək isə 135 621 nəfər vəfat edib.