Britaniyada koronavirusa yoluxanların sayı 5,74 milyonu ötdü

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 23 511 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 745 526 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan daha 131 nəfər, hazırkı dövrədək isə 129 303 nəfər vəfat edib.