Britaniyada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb

Böyük Britaniyada son 24 saat ərzində koronavirus virusuna yoluxanlar arasında ölənlərin sayı 758 nəfərə çatıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, hökumətin məlumat saytında ölkədə son 24 saat ərzində 15 144 infeksiyaya yoluxma halının qeydə alındığı bildirilir.

Ölkədə “COVID-19″a yoluxan insanlar arasında ölümlərin ümumi sayı 116 mini keçib, ümumilikdə isə sözügedən virusa yoluxanların sayı 4 013 799-a yüksəlib.

Teqlər: