Britaniyada koronavirusa rekord sayda yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa rekord sayda – 93 045 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, bundan öncəki maksimal sutkalıq yoluxma halı ötən gün qeydə alınmışdı – 88 376.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümümi sayı 11 190 354 nəfərə çatıb.

Eyni zamanda ötən sutkada koronavirusdan 111 nəfər, hazırkı dövrədək isə 147 048 nəfər vəfat edib.