Britaniyada koronavirusa daha 25 161 nəfər yoluxub

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 25 161 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 094 243 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 37 nəfər, hazırkı dövrədək isə 130 357 nəfər vəfat edib.

Teqlər: