Bill Geyts boşanmadan sonra dünyanın ən zənginləri siyahısında beşinci yerə düşüb

“Microsoft” şirkətinin təsisçisi Bil Geyts həyat yoldaşı Melinda ilə boşanması nəticəsində dünyanın ən varlı adamları siyahısında beşinci yerə düşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə bazar ertəsi “Forbes” jurnalı məlumat yayıb.


B.Geyts bununla “Facebook”un təsisçisi Mark Zukerberqlə siyahıda yerlərini dəyişib və keçmiş həyat yoldaşına təxminən 5,6 milyard dollara köçürdükdən sonra sərvəti 129,6 milyard dollar təşkil edib.

Teqlər: