Britaniyada koronavirusa daha 23 510 nəfər yoluxub

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 23 510 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 117 540 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 146 nəfər, hazırkı dövrədək isə 130 503 nəfər vəfat edib.