Britaniyada koronavirusa 38 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 38 281 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 628 709 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 140 nəfər, hazırkı dövrədək isə 132 143 nəfər vəfat edib.