Britaniyada koronavirusa 34 mindən artıq yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 34 029 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 9 241 916 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 193 nəfər, hazırkı dövrədək isə 141 588 nəfər vəfat edib.