Britaniyada koronavirusa 33 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 33 074 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 179 506 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 94 nəfər, hazırkı dövrədək isə 130 701 nəfər vəfat edib.