Britaniyada koronavirusa 32 253 yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 32 253 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 492 906 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 49 nəfər, hazırkı dövrədək isə 131 640 nəfər vəfat edib.

Teqlər: