Britaniyada koronavirusa 30 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 30 838 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 555 200 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 174 nəfər, hazırkı dövrədək isə 114 851 nəfər vəfat edib.