Britaniyada koronavirusa 200 minə yaxın yeni yoluxma halı aşkarlanıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa rekord sayda – 189,8 min yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son bir həftə ərzində yoluxma hallarının sayı öncəki həftə ilə müqayisədə 49 faiz artıb.

Bildilir ki, son sutka koronavirusda 203 nəfər ölüb.