Britaniyada hərbi zavodda partlayış oldu

Britaniyada hərbi zavodda partlayış oldu

Böyük Britaniyanın “BAE Systems” müdafiə şirkətinin zavodunda partlayış baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində xəsarət alan olmayıb və yerli sakinlər üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, Uelsin cənubundakı Qlaskoyd kəndi yaxınlığında yerləşən şirkətdə 500-dən çox işçi çalışır.

Teqlər: