Britaniyada avtomobil istehsalı rekord dərəcədə azalıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniyada iyul ayında 53 438 avtomobil istehsal olunub ki, bu da son 65 il ərzində qeydə alınmış ən aşağı göstəricidir.

AzerTimes-ın məlumatına görə, iyul ayında istehsal ötən ilin iyulu ilə müqayisədə 37,6 faiz azalıb.

Britaniya Avtomobil İstehsalçıları və Satıcıları Assosiasiyası 2021-ci ildə 1 milyon avtomobilin istehsal olunacağını proqnozlaşdırır.


Qeyd edək ki, koronavirus pandemiyasından əvvəl, 2019-cu ildə Böyük Britaniyada 1,3 milyon avtomobil istehsal olunmuşdu.