Britaniya və Norveçin İrandakı səfirləri XİN-ə çağırıldı

Britaniya və Norveçin İrandakı səfirləri XİN-ə çağırıldı

Böyük Britaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona hökumətin kəskin etirazı çatdırılıb.

AzerTimes xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfirin nəzərinə Böyük Britaniya televiziya kanallarında sentyabrın 16-dan başlayaraq İranın müxtəlif şəhərlərində baş verən iğtişaşların qeyri-obyektiv və qərəzli işıqlandırılması çatdırılıb. Bildirilib ki, Londonda fəaliyyət göstərən farsdilli televiziyalar baş verən hadisələrin mahiyyətinə varmadan İran hökumətini ittiham edir. Rəsmi Tehran bu kimi halları ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirir və həmin televiziya kanallarının fəaliyyətinin dərhal dayandırılmasını tələb edir.

Həmin gün Norveçin İrandakı səfiri də XİN-ə çağırılıb və ona da etiraz notası təqdim olunub. Məlumat verilib ki, Norveç parlamentinin sədri İranda baş verən hadisələri daha da qızışdırmaq üçün bəyanatlar səsləndirib ki, bu da birbaşa ölkənin daxili işlərinə qarışmaq deməkdir. Norveçin səfiri də İran hökumətinin etirazını öz hökumətinə çatdıracağını deyib.

Teqlər: