Parisdə dünyanın ən böyük ərzaq bazarı yandı

Parisdə dünyanın ən böyük ərzaq bazarı yandı

Bu gün Parisin Ranjis bazarında güclü yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Yanğının söndürülməsinə 30 yanğınsöndürmə maşını və 100-dən artıq yanğınsöndürən cəlb olunub.

Paris yanğınsöndürmə Xidmətinin rəhbərinin məlumatına görə, artıq yanğının qarşısı alınıb, tələfat yoxdur.

Yanğının meyvə-tərəvəz anbarında baş verdiyi bildirilib.

Qeyd edək ki, Ranjis bazarı dünyanın ən böyük ərzaq bazarıdır.

Teqlər: