Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq

Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq

Britaniya Daxili İşlər Nazirliyi Rusiyanın “Vaqner” özəl hərbi təşkilatını rəsmən terror təşkilatı kimi tanımağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri yazır.

Bildirilir ki, qruplaşmanın terror təşkilatı kimi tanınacağı halda Britaniyada “Vaqner”ə mənsub olmaq, onun tədbirlərində iştirak etmək, habelə onun simvollarını ictimaiyyət qarşısında geyinmək cinayət əməli sayılacaq.

Bununla bağlı müzakirələr hələ ki, ilkin mərhələdədir.

Həmçinin qeyd edilir ki, bu məsələ ilə bağlı yekun qərar SEPAH ilə müqayisədə daha tez veriləcək.

Teqlər: