Britaniya “Vaqner”i terror təşkilatı elan edir

Britaniya “Vaqner”i terror təşkilatı elan edir

Böyük Britaniya hökuməti Rusiyanın “Vaqner” özəl hərbi şirkətini terror təşkilatları siyahısına daxil edəcək.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Suella Braverman məlumat verib.

“Vaqnerçilər” terrorçudur və terror təşkilatı siyahısına salınması haqqında fərman bu faktı Böyük Britaniya qanunvericiliyində təsbit edəcək”, – nazir bildirib.

Qeyd edək ki, qanun qüvvəyə minərsə, “Vaqner” özəl hərbi şirkətinə hər cür dəstək və ictimaiyyət tərəfindən bəyənilmək cinayət sayılacaq.

Teqlər: