Britaniya səfiri Zəngilan və Qubadlıya səfərə getdi

Britaniya səfiri Zəngilan və Qubadlıya səfərə getdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Old Zəngilan və Qubadlı rayonlarına yola düşüb.

AzerTimes xəbər verir ki, bu barədə britaniyalı diplomat viterdə yazıb.

“Zəngilan və Qubadlıya ilk səfərimə hazırlaşıram. Ümid edirəm ki, İngiltərə-Fransa oyununa baxmaq üçün vaxtında qayıdacağam. Mən əlbəttə ki, İngiltərəyə azərkeşlik edəcəm. Bəs siz?”, – səfir qeyd edib.

Xatırladaq ki, dekabrın 9-da Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Old Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə mövcud mina təhdidinin aradan qaldırılması istiqamətində səylərin, ərazilərin təmizlənməsi sahəsində Azərbaycana verilən dəstəyin davam edəcəyini bildirib.

Teqlər: