Böyük Britaniyanın Moskvadakı səfiri Deborah Bronnert cümə günü
Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend xəbər
verir ki, bu barədə Rusiya XİN yaydığı bəyanatda bildirilir.
Məlumata görə, səfirə rəsmi Londonun qəbul etdiyi növbəti
sanksiya paketi iləb bağlı qəti etiraz bildirilib.
Diplomatın diqqətinə bu cür addımların qaçılmaz olaraq
ikitərəfli əlaqələrin tamamilə məhvinə və Rusiya və Böyük Britaniya
xalqları arasında münasibətlərin korlanmasına gətirib çıxaracağı
çatdırılıb.