Britaniya Rusiyadan neft və neft məhsullarının idxalından imtina edəcək

Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyadan neft və neft
məhsullarını idxal etməkdən imtina edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin biznes, energetika
və sənaye strategiyası üzrə naziri Kvazi Kvartenq özünün “Twitter”
səhifəsində yazıb.

“Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyadan neft və neft
məhsullarının idxalını dayandıracaq. Keçid bazara, şirkətlərə və
təchizatçılara Böyük Britaniyada tələbatın 8 faizini təşkil edən
Rusiya idxalını əvəz etmək üçün kifayət qədər vaxt verəcək”, – deyə
nazir bildirib.

Onun sözlərinə görə, krallıq ABŞ, Hollandiya və Körfəz ölkələri
ilə daha çox neftin tədarük edilməsi üçün əməkdaşlıq edəcək.

Nazir qeyd edib ki, London Rusiya qazının da ölkəyə idxalını “dayandırmaq imkanlarını araşdırır”. Hazırda krallıqda Rusiya
qazının payı 4% təşkil edir.