Britaniya Rusiya hərbi attaşesini ölkədən çıxarır

Britaniya Rusiya hərbi attaşesini ölkədən çıxarır

Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracağını, bəzi daşınmaz əmlakların diplomatik statusunu ləğv edəcəyini və Rusiya ilə diplomatik vizaların müddətini məhdudlaşdıracağını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın daxili işlər naziri Ceyms Kleverli deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın Britaniya və Avropadakı mənfi fəaliyyətinə cavab addımıdır:

“Hərbi kəşfiyyatçı olan və statusunu açıqlamayan Rusiya hərbi attaşesini göndərəcəyik. Böyük Britaniyada Rusiya ilə əlaqəli bir sıra mülklərin, diplomatik binaların statusunu ləğv edəcəyik. Rusiya diplomatik vizalarına yeni məhdudiyyətlər qoyuruq, o cümlədən rus diplomatlarının Böyük Britaniyada qalma müddətini məhdudlaşdırırıq”.

Teqlər: