Britaniya ordusunda hərbçi çatışmazlığı yarandı

Britaniya ordusunda hərbçi çatışmazlığı yarandı

Britaniya Silahlı Qüvvələri ötən il 16 min hərbçinin təqaüdə çıxmasından sonra heyət çatışmazlığı ilə üzləşib.

AzerTimes xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

“Keçən il 16 mindən çox insan təqaüdə çıxdı. Bu, son altı ilin ən yüksək göstəricisi oldu. Və cəmi 12 min nəfər gəlib, bu isə 2021-ci ildən 5 min nəfər azdır” – məlumatda qeyd olunub.

Qeyd edilir ki, bir çox əsgər maaşlarının azlığından və əlverişsiz həyat şəraitindən şikayətlənir.

Teqlər: