Britaniya Norveçdə yeni hərbi baza açdı

Britaniya Norveçdə yeni hərbi baza açdı

Böyük Britaniya Norveçin şimalında yeni hərbi baza açıb.

AzerTimes xəbər verir ki, bu barədə Kral Hərbi Dəniz Donanması məlumat yayıb.

Norveçin Tromsö şəhərindən təxminən 40 kilometr aralıda yerləşən “Camp Vikinq” adlı bazada Britaniyanın sürətli reaksiya qrupu yerləşəcək.

“Yeni Arktika Əməliyyat Bazası Britaniya xüsusi təyinatlılarına növbəti on il ərzində dəstək verəcək”, – məlumatda qeyd olunub.

Teqlər: