Britaniya lordu Azərbaycana belə dəstək verdi – Video

Britaniya lordu Azərbaycana belə dəstək verdi – Video

Onu da unutmayın ki, digər həlledilməz problem Bakıda Birinci Qarabağ müharibəsindən sonra öz torpaqlarını itirmiş, çətin şəraitdə yaşayan və öz evlərinə qayıtmaq istəyən minlərlə məcburi köçkün azərbaycanlının olmasıdır.

AzerTimes xəbər verir ki, bu sözləri Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Baron Devid Houell BMT TŞ-də təşkil edilən Qarabağla bağlı dinləmələrdən öncəki parlament müzakirəsində deyib.

“Bu, BMT-dəki nazirlərimizin yadda saxlaması vacib olan başqa bir cəhətdir. Və təbii ki, Azərbaycan Britaniyanın çox yaxşı dostudur. O, regionun ümumi geosiyasətində mühüm rol oynayır və biz bunu yadda saxlamalıyıq”, – deyə Houell BMT TŞ-nin ötən gün Qarabağla bağlı iclasında iştirak edən Britaniya nümayəndələrinə tövsiyəsində bildirib.

Qeyd edək ki, ötən gün BMT TŞ-nin Qarabağla bağlı iclasında Britaniya nümayəndəsi ədalətli mövqeyi ilə seçilənlərdən oldu.

Teqlər: