İyunun 25-dən etibarən rus qoşunları Lisiçanska doğru 2 km irəliləyiblər.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı məlumat yayıb.
“Rusiya qüvvələri Lisiçansk şəhərini mühasirəyə almaq cəhdlərində uğur qazanıblar. İyunun 25-dən Rusiya qüvvələri şəhərin cənubundakı Lisiçansk neft emalı zavodunun yaxınlığında daha 2 km irəliləyib”, – məlumatda deyilir.