Böyük Britaniya hökuməti elektrik enerjisi tariflərini azaltmasa, elektrik enerjisi üçün ödəniş edə bilməyən britaniyalıların sayı yaza qədər 25 illik rekorda yüksələ bilər.
AzerTimes-ın məlumatına görə, bu barədə “Guardian” qəzeti “National Energy Action” xeyriyyə təşkilatına istinadən bildirib.
Məqalədə bildirilib ki, oktyabrda enerji böhranı başlamazdan əvvəl Birləşmiş Krallığın 4 milyon ev təsərrüfatları “yanacaq yoxsulluğundan” əziyyət çəkirdi.
Qiymətlərin saxlanılması üçün təcili tədbirlər görülməsə, bir neçə aydan sonra bu rəqəm 6 milyona yüksələ bilər. 1996-cı ildən bu vaxta qədər belə rəqəmlər müşahidə olunmayıb.