Fevralın 24-dən İngiltərə, COVID-19-a yoluxma zamanı məcburi
özünütəcrid tələbini ləğv edəcək.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Böyük
Britaniyanın Baş naziri Boris Conson parlamentdə çıxışı zamanı
bildirib.
“Birincisi, biz ölkə daxilində bütün məhdudiyyətləri aradan
qaldıracağıq. Fevralın 24-dən etibarən biz COVID-19 üçün müsbət
test etdikdən sonra məcburi özünütəcrid tələbini ləğv edirik”, –
B.Conson bildirib.
Qeyd edək ki, yanvarın sonunda İngiltərə müəssisələrə COVID-19
sertifikatı olmadan giriş, maska rejimini və məsafədən işləmək
tələbini ləğv edib.