Britaniya bu raketlərini Ukraynaya verdi

Britaniya bu raketlərini Ukraynaya verdi

Böyük Britaniya Ukraynaya uzaqmənzilli “Storm Shadou” qanadlı raketlərinin tədarükünü başa çatdırıb.

AzerTimes xəbər verir ki, bu barədə CNN hərbi mənbəyə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, Britaniya Ukrayna hökumətindən bu raketlərlə Rusiya ərazisinə zərbələr endirməyəcəyi barədə zəmanət alıb.

Qeyd edək ki, bu raketlərin atəş məsafəsi 250 km-dən çoxdur. Raketlər sovet istehsalı olan Ukrayna təyyarələrinə inteqrasiya olunacaq.

Teqlər: