Britaniya Baş naziri “Taliban”la işləməyə hazır olduğunu bildirib

Böyük Britaniyanın Baş naziri Boris Conson Əfqanıstan böhranının diplomatik və siyasi həlli yolunda “Taliban” hərəkatının nümayəndələri ilə işləməyə hazır olduğunu deyib.

AzerTimes-ın məlumatına görə, bu barədə Baş nazir “Sky News” telekanalının efirində Cobra adlı fövqəladə komitəsinin Əfqanıstandakı vəziyyətlə bağlı iclasından sonra bildirib.

B.Conson qeyd edib: “İnsanları inandırmaq istəyirəm ki, biz Əfqanıstandakı vəziyyətin siyasi və diplomatik həlli yollarını axtarmağa davam edəcəyik və təbii ki, lazım gələrsə, “Taliban”la işləyəcəyik”.


Baş nazir Əfqanıstanda vəziyyətin bir qədər yaxşılaşdığını deyib: “Vəziyyət bir az yaxşılaşır və [Kabil] hava limanında sabitləşmə görürük”.