Britaniya baş naziri postu uğrunda onlar mübarizə aparacaq

Britaniya baş naziri postu uğrunda onlar mübarizə aparacaq

Böyük Britaniyanın keçmiş səhiyyə naziri Ceremi Hant və keçmiş maliyyə naziri Sacid Cavid Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının rəhbəri postu uğrunda mübarizə aparacaqlarını bildiriblər.

AzerTimes xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Qeyd edilir ki, həm Hant, həm də Cavid korporativ vergini 15%-ə endirəcəklərini bildiriblər. Cavid həmçinin aprel ayında qəbul edilən sosial sığorta haqlarının artırılmasını ləğv edəcəyini bildirib.

“Bu ona görədir ki, biz etimadı bərpa etməliyik, iqtisadiyyatı inkişaf etdirməliyik və növbəti seçkilərdə qalib gəlməliyik”, – Hant əlavə edib.

Teqlər: